Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cildi yeniləyən alma maskası

Cildi yeniləyən alma maskası

Tarix: 4 Sentyabr 2022 18:18

Sağlamlıq üçün bir çox faydası olan alma gözəllik baxımından da cildə müsbət təsir edir.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, yaşlanma əlamətlərini aradan qaldıran almanın tərkibindəki dəmir solğun cildi daha parlaq edir. Dəridə yaranan qıcıqlanma, qızartı, sızanaq kimi problemləri aradan qaldırır, ölü dəri hüceyrələrini təmizləyir.

Alma maskası:

2 xörək qaşığı alma püresi 

1 xörək qaşığı üyüdülmüş yulaf

1 çay qaşığı bal

2 çay qaşığı limon suyu

Ləvazimatları qarışdırıb üzünüzə və boynunuza çəkin. 10 dəqiqə gözlədikdən sonra masaj edərək yuyub təmizləyin. Sonda mütləq nəmləndirici kremdən istifadə edin.

Dərisi həssas olan şəxslərin limon suyundan istifadə etməməsi məsləhətdir.


Etiketlər:  Cildi yeniləyən alma maskası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ