Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ata ağlayan 7 yaşlı qızının dişlərini sındırdı

Ata ağlayan 7 yaşlı qızının dişlərini sındırdı

Tarix: 4 Sentyabr 2022 19:28

Moskvada ata yeddi yaşlı qızının dişlərini sındırıb.

Milli.Az bizim.media-ya istinadən bildriir ki, o, daim oğullarını döyüb və ev heyvanlarını ələ salıb.

Ailənin qonşuları bu haqda polisə müraciət edib. Deyiblər ki, ata daim uşaqlarını döyür.

Məlum olub ki, həmin şəxs on bir yaşlı uşağını piştaxtalardan oğurluq etmədiyinə görə vurub.

O, oğurlanan pulla özünə spirtli içki almaq istəyib. Nəhayət, kişi on yaşlı oğlunu cinayətə razı sala bilib. Bundan əlavə, oğlanı özü ilə içki içməyə məcbur edib. Kişi kiçik oğlunu da kart oynamağı öyrədib. O isə yerli sakinlərdən pul udub. Həmin pula  atası özü üçün spirtli içki alıb.

Ailədə yeddi yaşlı qız uşağı isə acından tez-tez ağlayırmış. Ata bundan əsəbiləşərək qızının başına təpiklə vurub və nəticədə uşağın dişləri tökülüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırmalara başlayıb. Onlar baş verənlərin bütün şəraitini və səbəblərini müəyyən edirlər.

Milli.Az


Etiketlər:  ağlayan yaşlı qızının dişlərini sındırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ