Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türk şirkətindən Azərbaycan ordusuna - SÜRPRİZ - FOTO

Türk şirkətindən Azərbaycan ordusuna - SÜRPRİZ - FOTO

Tarix: 6 Sentyabr 2022 22:09

Türk şirkəti Azərbaycan ordusu üçün görün nə hazırladı - SÜRPRİZ təqdimat

Türkiyənin STM ("Savunma Teknolojileri Mühendislik ve Ticaret AŞ") müdafiə şirkəti Azərbaycan Silahlı Qüvvələrinin ehtiyacları üçün STM-MPAC hərbi katerinin layihəsini hazırlayıb.

STM bu məhsulu Bakıda keçirilən 4-cü Beynəlxalq Müdafiə Sərgisində (ADEX-2022) təqdim edib.

STM məhsul xəttinə, həmçinin "STM500" kiçikölçülü sualtı qayıq, MİLGEM freqatı, TOGAN və KARGU kvadrokopterləri və ALPAGU kamikadze-PUA-sı daxildir.

STM-in baş direktoru Özgür Gülərüz jurnalistlərə açıqlamasında qardaş ölkədə olmaqdan məmnunluğunu bildirib. Onun sözlərinə görə, şirkət nümayəndələri ADEX-2022 sərgisində öz məhsullarının, xüsusən də KARGU, ALPAGU və TOGAN PUA-larının xüsusiyyətləri və üstünlükləri barədə məlumat verəcəklər.

O, STM-in Azərbaycanla sıx əməkdaşlıq etdiyini və STM-MPAC hərbi katerini Azərbaycan Silahlı Qüvvələrinin ehtiyacları üçün layihələndirdiklərini vurğulayıb.

"Kateri azərbaycanlı qardaşlarımızın ehtiyaclarına uyğun şəkildə hazırlamışıq. Qayıq tamamilə onların tələblərinə uyğun hazırlanıb", - o deyib.

Milli.Az


Etiketlər:  Türk şirkətindən Azərbaycan ordusuna SÜRPRİZ FOTO


RƏYLƏR