Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

500-ə yaxın müəllim "anbar" və "pambıq" sözlərinin düzgün yazılışını tapa bilməyib

500-ə yaxın müəllim

Tarix: 7 Sentyabr 2022 12:44

25-28 yaşlı müəllimlərimizin hamısı sertifikasiyadan uğurla keçib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransında çıxışında deyib.

O bildirib ki, əsas problemimiz 35-39 yaşdan başlayır.

"Düzdür hər bir yaşda səriştəli, bilikli müəllimlərimiz var. Məsəlın 61 yaşdan yuxarı olub və 51 baldan yuxarı toplayan 184 müəllimimiz var".

Nazir qeyd edib ki, 469 müəllim sertifikasiyada "anbar", "şənbə" və "pambıq" sözləri verilmiş test tapşırığında sözün düzgün yazılışını tapa bilməyib. Bu sertifikasiyada iştirak edənlərin 18 faizini təşkil edir. O vurğulayıb ki, bu tip hallar çoxdur.

Milli.Az


Etiketlər:  500 ə yaxın müəllim anbar pambıq sözlərinin düzgün yazılışını tapa bilməyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ