Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2022 19:55
Aparıcı və aktyor İlkin Həsənin başına iş gəlib.
Sonxeber.net bizim media-ya istinadən xəbər verir ki, hər gün səhər Dənizkənarı Milli Park ərazisində qaçaraq, idman edən İlkinin ayağında problemlər yaranıb.
Bu haqda isə Həsəni sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, hazırda şiddətli ağrılardan əziyyət çəkir.
"Çox təəssüf ki, ənəvəvi bulvardan sizi salamlaya bilmirəm. Çünki 3-4 gündür ki, sağ ayağımda şiddətli ağrılar əmələ gəlib.
Travmatoloqlara problemimlə bağlı müraciət etmişəm. Onlar bildirdilər ki, xamlıq etmişəm. Müəyyən məsələlər var ki, onlara riayət etməmişəm. Hətta gecələr belə ağrıdan yata bilmirəm. Yeriyişimdə belə axsamalar var".