Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Turist Taylandda pulsuz yemək yeməyin yolunu açıqladı

Turist Taylandda pulsuz yemək yeməyin yolunu açıqladı

Tarix: 8 Sentyabr 2022 02:32

Taylandda istirahət edən rusiyalı turist pulsuz yemək üçün yasa necə qatıldığını və təəssüratlarını bölüşüb.

Milli.Az bildirir ki, səyahətçi Yandex.Zen platformasındakı bloqunda məşhur kurort ölkəsində qidaya qənaət etməyin yolunu açıqlayıb.

Səyahətçi deyib ki, o, yaslarda ləzzətli və pulsuz yemək fürsətini Taylandda təsadüfən kəşf edib. Buddist məbədinin yanından keçən blogger onun yaxınlığında çoxlu sayda avtomobil və skuterin dayandığını görüb.

Rus orada nə baş verdiyini görmək üçün dayanıb. "İçəri girdik, sonra bir növ ziyafət təşkil etdilər. Bizi dərhal ərzaq götürməyə çağırdılar. Vəziyyəti nəzərdən keçirməyə vaxtım yox idi və artıq əlimdə yemək olan böyük bir qab var idi", - o deyib.

Bloq müəllifi qeyd edib ki, istirahət edənlər Taylandda hər gün buddist məbədlərində keçirilən anım mərasimində hər zaman yemək yeyə bilərlər. Turist vurğulayıb ki, yas süfrələrində olan yeməklərə hətta yerli restoranlarda da rast gəlmək olmur. Onun sözlərinə görə, masalarda sırf Tayland yeməkləri olub. "Siz orada əsl Tay yeməkləri yeyə bilərsiniz", - o deyib.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Turist Taylandda pulsuz yemək yeməyin yolunu açıqladı


RƏYLƏR