Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mərkəzi Bank saxta məlumatlarla bağlı xəbərdarlıq etdi

Mərkəzi Bank saxta məlumatlarla bağlı xəbərdarlıq etdi

Tarix: 8 Sentyabr 2022 16:40

Sosial şəbəkələrdə ödəniş kartlarının bloklanması və bununla bağlı kart sahibləri tərəfindən "Whatsapp" platforması üzərindən Mərkəzi Banka müraciətin edilməsi zərurəti ilə bağlı saxta məlumatlar yayılıb.

Bu barədə Mərkəzi Bankdan bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Vətəndaşlarımızı bu kimi məsələlərdə ehtiyatlı olmağa, şəxsi və ödəniş kartı haqda məlumatları heç bir halda üçüncü şəxslərə təqdim etməməyə və lazımi məlumatları yalnız Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsi və ya rəsmi sosial şəbəkə hesablarından əldə etməyə çağırırıq", - məlumatda deyilir.


Etiketlər:  Mərkəzi Bank saxta məlumatlarla bağlı xəbərdarlıq etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ