Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yod çatışmazlığında yaranan xəstəliklər - SİYAHI

Yod çatışmazlığında yaranan xəstəliklər - SİYAHI

Tarix: 8 Sentyabr 2022 22:06

Azərbaycan yod defisiti üzrə riskli ölkələrdəndir. Bizdə yod uşaqlıqdan çatışmır, ona görə zob geniş rast gəlinir.

Milli.Az medicina.az-a istinadən bildirir ki, nutrisioloq Yelena Suxanova orqanizmdə yodun adekvat səviyyəsinin saxlanmasının vacibıiyini bildirib.

"Pandemiya ilə əlaqədar kütləvi olaraq yod defisiti yaşanır. Yod orqanizmdə bakteriya və viruslarla mübarizə üçün vacibdir.

O göbələklərdən tutmuş viruslara kimi məhv edir.

Yod qalxanvari vəzin hormonlarının əsas strukturudur. T3, T4 sintezi yodsuz mümkün deyil. Bu isə enerji mübadiləsi, bədən hərarətinin tənzimidir.

İmmunitetin gücü yodun miqdarından asılıdır. Su -elektrolit balansını da yod tənzimləyir.
Neyro-psixi reaksiyalar yodun səviyyəsindən asılıdır.

Hamilələrdə yod defisiti dölün skelet və beyninin formalaşmasına təsir edir.

80% hamilələr yod defisitndədir. Yod həm də güclü antioksidantdır. Onun təsiri C, D vitamininə bərabərdir.

Sutkalıq yod tələbatı 100 mkq-dır.

Yod çatışnayanda insanda zob, hormonal pozuntu, sonsuzluq, zehni yorğunluq, immunitet zəifliyi, tez-tez soyuqdəymə, virus xəstəlikləri olur.

Milli.Az


Etiketlər:  Yod çatışmazlığında yaranan xəstəliklər SİYAHI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ