Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Popstar” Abidin indi nə işlə məşğuldur? Eşidənlər təəccüblənir - FOTO

“Popstar” Abidin indi nə işlə məşğuldur? Eşidənlər təəccüblənir - FOTO

Tarix: 9 Sentyabr 2022 10:22

Bir zamanlar populyar olan "Popstar-Türkiyə" yarışmasının iştirakçılarından olan türkiyəli Abidin Özşahin illər sonra müsahibə verib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, Meqastar Tarkana bənzərliyi ilə yadda qalan Abidindən hazırda nə işlə məşğul olduğu soruşulub. "Mən öz dünyamda yaşamağa davam edirəm, bir çox insan bunu eşidəndə təəccüblənir və böyük əksəriyyəti yüksək qiymətləndirir", - deyə o bildirib.

"Amma "biz səni musiqiçi kimi tanıyırdıq" deyirsizsə, mən son illər musiqi ilə hobbi kimi məşğul oluram. Əslində isə təhsil aldığım sahədə özümü inkişaf etdirirəm. Ankarada idarəetmə konsaltinqi, istehsal və media sahələrində qurucusu olduğum iki markanın işlərini idarə edirəm", - deyə o, qeyd edib.

İstanbulu tərk edən Popstar Abidin istər musiqi baxımından, istərsə də hazırkı işlərinə görə İstanbulla əlaqəsini tam olaraq kəsmədiyini vurğulayıb.

"Müsabiqədən əvvəl Əskişəhərdə oxuduğum müddətdə Ankaradan tez-tez gedib-gələ bilmirdim. Musiqi üçün İstanbulda məskunlaşdıqdan sonra dörd ilə yaxın orada yaşadım.

Amma musiqi sənayesi rəqəmsallaşma yoluna qədəm qoymağa başlayanda musiqi fəaliyyətimi də başqa şəhərdən də həyata keçirə biləcəyimi düşündüm. Və çox sevdiyim Ankarada yaşamağa qərar verdim", - deyə Abidin əlavə edib.

Hazırda Abidin Özşahin ifa etdiyi mahnıları "Youtube" hesabında paylaşır.


Etiketlər:  Popstar Abidin indi işlə məşğuldur Eşidənlər təəccüblənir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ