Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Sentyabr 2022 14:38
Bir çoxları məişət əşyaları, mənzil və ya avtomobil əldə etmək üçün kreditdən istifadə edirlər. Artıq paltar almaq, gözəllik salonlarında kosmetoloji xidmətlərdən istifadə etmək də kreditlə mümkündür. Bəli, düz eşitdiniz. Paytaxtda bir çox mağazalar artıq bu üsulla satışa keçib.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, artıq paltarları, kosmetoloji prosedurları, hətta salon xidmətlərini də kreditlə əldə etmək mümkündür. Paytaxtda bir çox mağaza və salon bu üsulla satışa başlayıb.
Gözəllik salonları və kosmetoloji xidmətlər göstərən məkanlar da kreditlə satış həyata keçirirlər...
Kreditlə satışda məqsəd məhsul və xidmətlərin vətəndaşlar üçün daha əlçatan olmasını təmin etməkdir.
Kreditlə satış vətəndaşların da ürəyincədir.
Kreditlə satış zamanı müştərilərdən iş yerindən arayış tələb olunmur.