Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2022 19:33
"Cənubda Ukrayna Silahlı Qüvvələri bir gündə 75 rus işğalçısını, bir sursat anbarını və bərə keçidini məhv edib".
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, bu barədə "Cənub" Əməliyyat Komandanlığının "Facebook" sosial şəbəkəsində bildirilib.
Qeyd olunur ki, əməliyyat zonasında vəziyyət gərgin olaraq qalır, lakin nəzarətdədir.
Xüsusilə, işğalçı qüvvələrin bölmələri ehtiyatları cəlb etməyə çalışır və Ukrayna Müdafiə Qüvvələrinə qarşı əks tədbirlər həyata keçirir.
Həmçinin düşmən taktiki və ordu aviasiyasının dəstəyi ilə raket və artilleriya atəşi ilə Ukrayna qoşunlarının irəliləməsini dayandırmağa çalışır.
"Döyüş günü düşmən 5 hava və 1 raket zərbəsi endirib. Qoşunlarımızın təmas xətti boyunca yerləşən mövqelərinə və yaxınlıqdakı yaşayış məntəqələrinə hücum edilib", - xülasədə deyilir.
Əlavə olunur ki, təsdiq edilən nəticələrə əsasən, 75 atıcı, 9 T-72 tankı, 2 "Msta-B" haubitası, 8 ədəd zirehli texnika zərərsizləşdirilib:
"Təhlükə təkcə düşmənin raket zərbələrində deyil. Xüsusi xidmət orqanları cənubda, xüsusən də Xerson vilayətində Silahlı Qüvvələrin döyüş sursatlarını təxribat etməyə cəhd edən rus agentini ifşa edib. Xain retsidivist olub, dəfələrlə ağır və xüsusilə ağır cinayətlər törətməkdə, xüsusən də qətl törətməkdə təqsirli bilinib".