Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Öd axarlarında patologiyaların əmələ gəlmə səbəbləri

Öd axarlarında patologiyaların əmələ gəlmə səbəbləri

Tarix: 11 Sentyabr 2022 08:03

Ödaxacağı yollarında patologiyaların əmələ gəlmə səbəbləri xəstəliyin müxtəlif formalarına görə dəyişir.Lakin öd axarlarında diskineziyaların əmələ gəlməsinə ən çox ödçıxarıcı yolların hərəkətini tənzimləyən neyrohumoral pozğunluqlar ön plana çəkilir.
* Nevrozlar,diensefal pozğunluqlar və ya vegetativ sinir sisteminin fəaliyyətinin xüsusiyyətləri nəticəsində əmələ gələn simpatikatoniya və ya vaqotoniya ödçıxarıcı yolların davamlı hipotoniyası və ya hipertoniyasına gətirib çıxararaq öd axacağı yollarının diskineziyalarına səbəb olur.
* Bundan başqa vegetativ sinir sisteminin distoniyası ödün axmasında disbalans yaradır ki,bu da öd axarlarının fəaliyyətini korlayır.
* Öd axarlarında patologiyaların əmələ gəlməsinə qalxanvari vəzin,böyrəküstü vəzin və yumurtalıqların hormonal çatışmazlığı da səbəb ola bilir.
* Mədə-bağırsaq traktı orqanlarının da bəzi xəstəlikləri öd yollarının fəaliyyətində ləngimələrə səbəb ola bilir.
* Mədə və onikibarmaq və nazik bağırsağın xəstəlikləri ödçıxarıcı yolların motorikasına düz və ya dolayısı ilə təsir edən amillərdən biri sayılır.Belə ki,bu amillər xolesistokrinin,qastrin,sekretin və digər bağırsaq neyropeptidlərinin sekresiyasının pozulmasına gətirib çıxarır.
* Öd axarlarında patologiyaların əmələ gəlməsinə səbəb olanlardan biri də qarın boşluğu və kiçik çanaq orqanlarının xroniki iltihabi prosesləridir.
* Hepatitlər,xolangitlər və xolesistitlər də ödçıxarıcı yolların diskinesiyasına səbəb olur və onların neyrohumoral aktivliyini azaldır.
* Mədə-bağırsağın bakterial mənşəli iltihabı xəstəlikləri öd kisəsi və ödçıxarıçı yolların motor funksiyasını və sinir-əzələ aparatını zəiflədir.
* Pəhriz və qidalanma ritminin pozğunluqları ödçıxarıcı yolların motor funksiyasını tənzimləyən bağırsaq neyropeptidlərinin sekresiyasının normal ritminin pozulması ilə bağlıdır.


Etiketlər:  axarlarında patologiyaların əmələ gəlmə səbəbləri


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ