Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xroniki kalkulyoz xolesistit

Xroniki kalkulyoz xolesistit

Tarix: 11 Sentyabr 2022 08:12

Xəstəliyin kliniki şəkli xroniki daşsız xolesistitin şəklinə yaxındır.Belə ki,xroniki kalkulyoz xolesistit aşağıdakı əlamətlərlə müşayət olunur:
- öd kisəsinin iltihabı
- ödçıxarıcı axarlarda pozğunluqlar
- axarların motor funksiyasının ləngiməsi
Xəstəlik öd kisəsi nahiyyəsində qeyri-intensiv ağrıların olması ilə xarakterizə olunur.
Xroniki kalkulyoz xolesistit zamanı öd kisəsində daşın olması zondlama zamanı müayinə üçün götürülən ödün müayinəsinə əsaslanır.Müayinə zamanı aşağıdakılar meydana çıxır:
* Ödün biopkimyəvi müayinəsində xolesterinin miqdarının artması,fosfolipidlərin və xolatoxolesterin əmsalının azalması aşkar edilir.
* Daha informativ müayinələr,xolesterinin kristallaşma sürəti ölçülür və litogenlik əmsalı hesablanır.
* Ödün mikroskopiyasında çoxlu miqdar xolesterin,kalsium bilirubinat kristalları tapılır ki,bu da ödün kolloid davamsızlığına dəlalət edir.
* USM ödün qeyri-həmcinsliyini,kiçik amplitudlu ultrasəs törədən hissəcikləri aşkar etməyə imkan verir.Daşlardan fərqli olaraq bu hissəciklər akustik kölgəlik vermir.
Kalkulyoz xolisistit öddaşı xəstəliyinə xas ağrılarla narahatçılıqlar verə bilir.Onun sancıları sağ qabırğaaltı nahiyəyə və belə doğru yayılır.Xroniki kalkulyoz xolesistitin sancılarını çox vaxt böyrək sancıları ilə qarışıq salınır.Onları ayıran fərq böyrək daşı sancısının qasığa,kalkulyoz xolesistit sancısının isə epiqasral nahiyəyə vurması olur.
Müalicə həm cərrahi,həm də teraspevtik üsullarla aparılır.Əsas müalicə dietoterapiyadan,dərmanlardan, litotripsiyadan ibarət olur.


Etiketlər:  Xroniki kalkulyoz xolesistit


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ