Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neymar PSJ-nin bombardirləri siyahısında 4-cü yerdədir

Neymar PSJ-nin bombardirləri siyahısında 4-cü yerdədir

Tarix: 11 Sentyabr 2022 14:26

Braziliya millisinin futbolçusu Neymar Fransanın PSJ klubunun bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, 30 yaşlı hücumçu buna "Brest"i 1:0 hesabı ilə məğlub etdikləri Fransa Liqa 1-in VII tur oyununda nail olub.

Matçdakı yeganə qolun müəllifi olan forvard Paris təmsilçisinin heyətində 110 dəfə fərqlənməyi bacarıb. Braziliyalı oyunçu 2003 - 2008-ci illərdə PSJ-də çıxış etmiş portuqaliyalı Pedru Pauletanı (109 qol) geridə qoyub.

Bu göstəricidə Neymarı Zlatan İbrahimoviç (156 qol), Kilian Mbappe (180 qol) və Edinson Kavani (200 qol) qabaqlayır.


Etiketlər:  Neymar bombardirləri siyahısında yerdədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ