Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2022 22:32
Rusiya silahlı bölmələri Ukraynanın Xarkov, Sum, Dneprpetrovsk də daxil olmaqla, bir neçə vilayətinə raket zərbələri endirib.
Sonxeber.net axar.az-a istinadla xəbər verir ki, infrastrukturun sıradan çıxarılması nəticəsində vilayətlərdə bir çox yaşayış məntəqəsinə elektrik enerjisinin və suyun verilişi dayanıb.
Məlumata görə, hədəf alınan obyektlər arasında Xarkov İES də var.
Aramsız hücumlardan dolayı bütün Ukrayna ərazisində həyəcan elan edilib.