Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Sentyabr 2022 23:38
Misli Premyer Liqasının VI turunun "Qarabağ" - "Sabah" oyununun sonlarında xoşagəlməz hadisə yaşanıb.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, Ağdam klubunun lehinə təyin olunan ikinci penalti qonaqların narazılığına səbəb olub.
Aleksey İsayevin hakimdən VAR-a baxmağı tələb etdiyi vaxtda baş məşqçi Murad Musayev də aqressivlik göstərib. Matçın referisi ona qırmızı vərəqə verərək texniki zonadan qovub.
Qeyd edək ki, "Qarabağ" 4:3 hesablı əzmkar qələbə qazanıb.