Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” bir ay kapitansız qaldı

“Qarabağ” bir ay kapitansız  qaldı

Tarix: 11 Sentyabr 2022 23:40

"Qarabağ"ın futbolçusu Maksim Medvedevin durumuna aydınlıq gəlib.

Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bunu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov açıqlayıb.

O bildirib ki, müdafiəçinin zədəsi ağırdır. Avropa Liqasının "Frayburq"la Almaniyadakı oyunundan (1:2) əvvəl məşqdə xəsarət alan Maksim uzun müddətə sıradan çıxıb.

"Qarabağ"ın kapitanı bir ay məşqlərdən kənar qalacaq. Onun rəsmi oyunlara nə vaxt çıxacağı isə bərpa prosesindən asılı olacaq.


Etiketlər:  Qarabağ kapitansız qaldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ