Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Psixoloqlar boş adamları qaza gətirir''

''Psixoloqlar boş adamları qaza gətirir''

Tarix: 13 Sentyabr 2022 02:45

"Yeni dəbə düşmüş mentorlar, "life-kouç"lar, psixoloqlar olduqca boş adamları "Sən möhtəşəmsən! Özünə inan! Səndə alınacaq! Sən bacararsan! Ürəkli ol!" deyib, qaza gətirir".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkə hesabında yazıb. Sənətçi son günlər aktiv olan həyat koçları, psixoloqları tənqid edib:

"İnsanların içini doldurun öncə: Elm, təhsil, mənəviyyat, tərbiyə və sair. Dəyərlərdən yoxsul, amma şöhrətli "kukla"lar, məşhur sifətlər bu ölkədə bir vaqondur. Doğru yol göstərin. Adamlar bir az əziyyət çəksin, çox işləsinlər, öyrənsinlər, yetişsinlər, özlərini yaratsınlar, mahiyyət qazansınlar.

Bunu oxuyan, əziz, gənc dostlarım, məqsədiniz özgüvənli, məşhur və varlı olmaqdırsa, bunlar rəqabət stresi, itirmək qorxusu və məyusluq gətirir. Ən doğru məqsəd faydalı, gərəkli və lazımlı ola bilməkdir. Düşünün".


Etiketlər:  Psixoloqlar boş adamları qaza gətirir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ