Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Sentyabr 2022 03:48
Ermənistanın Baş naziri Nikol Paşinyan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, tərəflər Azərbaycanla sərhəddə baş verən hərbi toqquşmalar barədə danışıblar.
Xatırladaq ki, Paşinyan bundan təxminən bir saat öncə Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışmışdı.