Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Cənubi Koreyaya səfər edəcək

ABŞ-ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Cənubi Koreyaya səfər edəcək

Tarix: 2 May 2019 06:40

Bakı. Trend:

Cənubi Koreya və ABŞ gələn həftə Şimali Koreya üzrə xüsusi nümayəndəsi Stiven Biqanın Seula səfərinə son hazırlıq mərhələsindədirlər.

Trend-in məlumatına görə, iki ölkənin xarici işlər nazirlikləri 8-10 May tarixlərində planlaşdırılan səfərin yekun detallarını müzakirə edirlər.

Seulda ABŞ-ın xüsusi nümayəndəsi Cənubi Koreyalı həmkarı Li Do Hun ilə "işçi qrupunun" görüşünü keçirəcək. Orada S.Biqa Koreya yarımadasında təhlükləsizlik sahəsində son vəziyyəti və həmçinin Vaşinqton və Pxenyan arasında denuklearizasiya haqqında danışıqların bərpa olunması müzakirə edəcək.

Gözlənilir ki, tərəflər Cənubi Koreya tərəfində KXDR-ya humanitar yardım göstərilməsi məsələsinə toxunacaqlar.


Etiketlər:  ABŞ ın Şimali Koreya üzrə xüsusi nümayəndəsi Cənubi Koreyaya səfər edəcək


RƏYLƏR