Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

DİN valideynlərə müraciət etdi

DİN valideynlərə müraciət etdi

Tarix: 14 Sentyabr 2022 16:34

DİN yeni dərs ili ilə bağlı valideynlərə müraciət edib.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, minlərlə şagird, tələbənin təhlükəsizliyi üçün daxili işlər orqanları tərəfindən müvafiq tədbirlər müəyyən olunub həyata keçirilir.

"Nəzərdə tutulan tədbirlər sırasında valideynlərdən xahiş edirik ki, yollarda hərəkət axınını normal qaydada təşkil etmək məqsədilə tədris ocaqlarının ətrafında yol hərəkəti qaydalarına ciddi əməl etsinlər və ictimai nəqliyyata üstünlük versinlər. Nəzərə alınmalıdır ki, şəxsi nəqliyyat vasitələrinin məktəblərin qarşısında saxlanması süni tıxac-sıxlıq yaradır. Tıxac-sıxlıqların yaranması digərlərinin dərsə gecikməsinə səbəb olur. Ona görə də elə edək ki, onlar da dərsə gecikməsinlər və ləngiməsinlər. Bu, həm də mənəvi məsuliyyətdir. Övladlarımızın ilk dərs günü başqalarına göstərdiyimiz ehtiram və münasibət məsuliyyətlilik nümunəsidir", - o deyib.


Etiketlər:  DİN valideynlərə müraciət etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ