Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Sentyabr 2022 22:18
15-22 sentyabr tarixlərində məktəbəqədər təhsil müəssisələrində qrupların komplektasiyası ilə bağlı bq.edu.az üzərindən müvəqqəti olaraq növbə yaratmaq mümkün olmayacaq.
Bu barədə Sonxeber.net-a Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Bildirilib ki, 22 sentyabrdan isə qəbul sistemi yenidən aktivləşəcək və ilboyu fəaliyyət göstərəcək.
Qeyd edək ki, məktəbəqədər təhsil müəssisələrinə elektron qəbul prosesi 22 iyul 2022-ci il tarixindən mərhələli şəkildə həyata keçirilir. Hazırda ölkə üzrə məktəbəqədər təhsil müəssisələri üçün 18 828 sorğu və 28 185 növbə yerləşdirilib.