Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gəncədə tələbə zahiri görünüşünə görə özünü öldürdü

Gəncədə tələbə zahiri görünüşünə görə özünü öldürdü

Tarix: 15 Sentyabr 2022 10:04

Gəncədə 19 yaşlı tələbə intihar edib.

Sonxeber.net "Qafqazinfo"ya istinadən bildirir ki, Azərbaycan Tibb Universitetinin 3-cü kurs tələbəsi, 2003-cü il təvəllüdlü Həsən Əhmədov (şərti) yaşadığı evdə özünü asaraq həyatına son qoyub.

İlkin ehtimala görə, o, zahiri görünüşünü bəyənmədiyi üçün bu addımı atıb. Belə ki, H.Əhmədov qulaqlarının böyük olduğunu düşünərək daha əvvəl əməliyyat olunaraq onları kiçiltdirib. Lakin nəticə onu qane etməyib. Bundan sonra tələbə ikinci dəfə əməliyyat olunmaq qərarına gəlib. Ancaq həkimlər əməliyyatın onun həyatı üçün riskli olacağını bildiriblər. Bundan sonra H.Əhmədov həyatına qəsd edib. 

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Gəncədə tələbə zahiri görünüşünə görə özünü öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ