Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəhid olanlardan biri tələbə imiş - FOTO

Şəhid olanlardan biri tələbə imiş - FOTO

Tarix: 16 Sentyabr 2022 18:04

Ermənistanın təxribatının qarşısını alarkən şəhid olanlardan biri tələbə imiş
Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-dən başlayaraq Azərbaycanla dövlət sərhədində törətdiyi genişmiqsaylı təxribatların qarşısı alarkən şəhid olan hərbi qulluqçu Polad Şirinov tələbə imiş.

Bu barədə Azərbaycan Memarlıq və İnşaat Universitetindən məlumat verilib.

Bildirilib ki, P.Şirinov orta məktəbi bitirdikdən sonra AzMİU-nun nəzdindəki İnşaat Kollecinin "Su təchizatı və suayırma" ixtisasına qəbul olub. O, Vətən müharibəsi ərəfəsində təhsilini yarımçıq qoyaraq həqiqi hərbi xidmətə yola düşüb və xidməti başa çatdıqdan sonra müddətdən artıq hərbi quluqçu kimi ordu sıralarında xidmətini davam etdirib.

Qeyd edək ki, P.Şirinov 2002-ci il oktyabrın 5-də Bakı şəhərində anadan olub. Ermənistan silahlı qüvvələrinin Azərbaycanla sərhəddə törətdiyi təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb. P.Şirinov II Fəxri xiyabanda dəfn olunub.

Milli.Az


Etiketlər:  Şəhid olanlardan biri tələbə imiş FOTO


RƏYLƏR