Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Sentyabr 2022 19:18
Ermənistanın təxribatı nəticəsində şəhid olan Tərtər rayonu Evoğlu kənd sakini Əhmədzadə Məftun Seymur oğlu doğulduğu kənddə dəfn olunub.
Sonxeber.net APA-ya istinadən bildirir ki, 26 yaşlı şəhidin dəfn mərasimində rayon rəsmiləri, hərbçilər, KİV nümayəndələri və rayon ictimaiyyəti iştirak edib.
Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.