Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Sentyabr 2022 14:52
Rüşvət almada iştirakçılıq ittihamı ilə həbs edilən tanınmış vəkil Elçin Sadıqovla bağlı qərar elan olub.
Elçin Sadıqovun apellyasiya şikayəti təmin edilib. Məlumatı onun vəkili Cavad Cavadov "Qafqazinfo"ya təsdiq edib. E.Sadıqov barəsindəki həbs qətimkan dəyişdirilərək ev dustaqlığı ilə əvəz olunub. Elçin Sadıqov məhkəmə zalından birbaşa azad edilib.