Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AEBA: Zaporojye AES yenidən Ukraynanın elektrik şəbəkəsinə qoşulub

AEBA: Zaporojye AES yenidən Ukraynanın elektrik şəbəkəsinə qoşulub

Tarix: 17 Sentyabr 2022 21:50

Zaporojye Atom Elektrik Stansiyası (AES) dörd əsas xarici ötürücü xəttdən birinin bərpasından sonra yenidən Ukrayna şəbəkəsindən birbaşa elektrik enerjisi almağa başlayıb.

Sonxeber.net bildirir ki, bu barədə "report" Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) mətbuat xidmətinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, bərpa edilmiş 750 kilovoltluq xətt yenidən Zaporoyje AES-i reaktorun soyudulması və digər təhlükəsizlik funksiyaları üçün zəruri olan elektrik enerjisi ilə təmin edir.

"Dünən (sentyabrın 16-da - red.) günorta saatlarında əsas xətt yenidən birləşdirildikdən sonra üç ehtiyat elektrik xətti yenidən gözləmə rejimindədir. Münaqişə zamanı əvvəllər itirilmiş 750 kV-luq digər üç əsas xarici elektrik xətti isə hələ də sıradan çıxıb", - AEBA qeyd edib.

Agentlik həmçinin əlavə edib ki, AES-in bütün reaktoru hələ də soyuq dayanma vəziyyətindədir, lakin onların əsas təhlükəsizlik funksiyalarını təmin etmək üçün gücə ehtiyacı var.

"Etibarlı kənar enerji təchizatı və ehtiyat enerji sistemləri, hətta reaktorlar artıq işləmədikdə belə, nüvə təhlükəsizliyini təmin etmək və nüvə qəzasının qarşısını almaq üçün vacibdir", - AEBA əlavə edib.


Etiketlər:  AEBA Zaporojye yenidən Ukraynanın elektrik şəbəkəsinə qoşulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ