Tarix: 30 Sentyabr 2019 12:48
Çempionlar Liqasının qrup mərhələsində "Qalatasaray"ın qonağı olacaq PSJ oyuna ciddi itkilərlə çıxacaq.
Qol.az xəbər verir ki, klubun rəsmi saytının İstanbul təmsilçsi ilə matç üçün açıqladığı iştirak ərizəsində aparıcı futbolçuların - Neymar, Edinson Kavani və Yulian Drakslerin adı yoxdur.
Neymar və Draksler cəzalı durumda, Kavani isə zədəlidir.
Qeyd edək ki, sabah keçiriləcək "Qalatasaray" - PSJ matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.