Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2022 08:04
Təbrizin "Traktor" futbol klubunun azarkeşlərinin stadiona girişi məhdudlaşdırılıb.
Buna son oyunda "Traktor" oyunun baş verən baş verən insidentlər səbəb olub.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, İranın Futbol Federasiyasının İntizam komitəsi qayda pozuntuları ilə əlaqədar "Traktor" klubunun azarkeşlərinin stadiona girişini müvəqqəti məhdudlaşdırıb.
Qərara əsasən, "Traktor"-"Fəcr" qarşılaşmasına Təbriz klubunun azarkeşləri buraxılmayacaq.
Qeyd edək ki, bir neçə gün öncə futbol üzrə İran çempionatında 28-ci turunda "Traktor"-"Persepolis" komandaları qarşılaşıb. Lakin oyun yarımçıq qalıb. Belə ki, azarkeşlərin stadiona yad əşyalar atmasına görə iki klubun futbolçuları arasında dava düşüb və oyun 70-ci dəqiqədə, hesab 0:0 olarkən dayandırılıb