Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cəbrayılın Şükürbəyli kəndinin tikintisinə vəsait ayrılıb - SƏRƏNCAM

Cəbrayılın Şükürbəyli kəndinin tikintisinə vəsait ayrılıb - SƏRƏNCAM

Tarix: 20 Sentyabr 2022 14:45

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun işğaldan azad olunmuş Şükürbəyli kəndinin layihələndirilməsi və tikintisi işlərinə vəsait ayrılıb.

Milli.Az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sərəncamla Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun işğaldan azad olunmuş Şükürbəyli kəndinin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Milli.Az


Etiketlər:  Cəbrayılın Şükürbəyli kəndinin tikintisinə vəsait ayrılıb SƏRƏNCAM


RƏYLƏR