Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2019 14:12
Bakı. Trend:
ABŞ-ın Somalidəki hərbi bazasına hücum olub. Trend-in məlumatına görə, hücum "Əş-Şabab" radikal qruplaşması tərəfindən həyata keçirilib.
Məlumata görə, partlayıcı ilə yüklənmiş maşınlar Baledoqledəki hərbi bazanın ərazisinə daxil olub. Hərbi bazadakılar tərəfindən yük maşınlarının zərəsizləşdirlməsi mümkün olsa da, bunun ardınca atışma baş verib.
Ölən və xəsarət alanların olması ehtimal edilsə də, hələ dəqiq məlumat yoxdur.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin