Tarix: 30 Sentyabr 2019 15:12
"Barselona"nın kapitanı Lionel Messi fərdi məşqlərə başlayıb.
Qol.az "Sport.es"ə istinadən xəbər verir ki, argentinalı hücumçunun bərpa müddəti gözləniləndən tez keçir.
Messinin bu cür davam edəcəyi təqdirdə Çempionlar Liqasında oktyabrın 2-də "İnter"lə görüşün iştirak ərizəsində yer alacağı bildirilir. Bu barədə qərar oyun günü veriləcək.
Qeyd edək ki, bir müddətdir zədədən əziyyət çəkən 32 yaşlı futbolçu İspaniya La Liqasının son turunda “Vilyareal”ya görüşdə bu mövsüm ilk dəfə start heyətdə meydana çıxmış və yenidən zədələnmişdi.