Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya Lin Treysinin ABŞ səfiri təyin olunmasına razılıq verib

Rusiya Lin Treysinin ABŞ səfiri təyin olunmasına razılıq verib

Tarix: 22 Sentyabr 2022 14:10

Rusiya Lin Treysinin ABŞ səfiri təyin olunmasına razılıq verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Rusiya XİN-dən bildirilib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden Dövlət Departamentinin əməkdaşı, Ermənistandakı diplomatik missiyaya rəhbərlik edən Lin Treysinin Rusiyadakı səfir vəzifəsinə namizədliyini irəli sürüb.

Lin Treysi tarixdə bu vəzifəni tutan ilk qadın olacaq. O, rus dilini bilir və artıq Moskvada - 2014-2017-ci illərdə diplomatik missiya rəhbərinin müavini vəzifəsində - çalışıb.

2012-2014-cü illərdə Treysi Dövlət Katibinin Mərkəzi Asiya üzrə köməkçisinin müavini, 2010-2011-ci illərdə isə Türkmənistanda missiya rəhbərinin müavini vəzifəsində çalışıb.

Onu da qeyd edək ki, ABŞ-da Prezidentin təklif etdiyi səfirlər Senat tərəfindən ictimai dinləmələrlə təsdiqlənir və qəbul edən ölkə ilə razılaşdırılmalıdır.

Milli.Az


Etiketlər:  Rusiya Lin Treysinin ABŞ səfiri təyin olunmasına razılıq verib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ