Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2022 00:44
Türkiyədə oğurluq edən şəxs ölkəni tərk edib.
Sonxeber.net lent.az-a istinadla bildirir ki, Antalya Ədliyyəsinin 1-ci icra direktoru H.Ç seyfdən və bank hesablarından ümumilikdə 13 milyon lirə ( təxminən 1 milyon 205 min manat) pulu öz hesabına keçirib. Bundan sonra isə o, ölkədən qaçıb.
Faktla bağlı prokurorluq tərəfindən araşdırmalara başlanılıb. Məlum olub ki, H.Ç pulları götürərək Azərbaycana qaçıb.
Hazırda araşdırmalar davam edir.