Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2022 13:38
Bәrdә rayonu Adil Süleymanov adına Şorәlli kәnd tam orta məktəbin direktorunun müəllimdən pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb.
Bu barədə Baku.ws-ə məlumat daxil olub.
Direktor Əliyeva Gülnarə Qanboy qızının müəllimdən müxtəlif vaxtlarda pul tələb etməsi iddia edilib.
Şikayətçi, adı çəkilən məktəbin müəllimi Dursun Babayeva bildirib ki, direktor ondan hər ay 165 manat rüşvət alıb:
"11-ci sinfin 5 saat riyaziyyat dərsini və sinif rəhbərliyini mənə verdi. Dedi ki, uşaqlar dərsə gəlmir, o dərsin jurnalını yazacaqsan, hər bir şeyini sən edəcəksən, summativlərini sən aparacaqsan. Amma pulunu mənə verəcəksən. Hər ay məndən 165 manat aldı. Bundan öncəki il isə 10-cu sinif üçün hər ay 150 manat vermişdim".
Dursun Babayeva məktəb direktoru Gülnarə Əliyeva barəsindəki iddialarını sübut etmək üçün səs yazısını da təqdim edib. O deyib ki, səs yazısında məktəb direktoru Gülnarə Əliyeva, onun müavini Mayil Əliyev və özünün rüşvətlə bağlı danışığı öz əksini tapıb.
Məsələ ilə bağlı direktor Gülnarə Əliyeva ilə əlaqə saxladıq və barəsində iddialara münasibət öyrənməyə çalışdıq. Direktor bildirdi ki, hazırda dərsə girir və yarım saat sonra danışa biləcək. Lakin deyilən müddətdən sonra bir neçə dəfə onunla əlaqə saxlasaq da, telefona cavab vermədi.
Direktor, müavini və müəllim arasındakı səs yazısını olduğu kimi təqdim edirik: