Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Azərbaycanla Ermənistan arasında saziş...''

''Azərbaycanla Ermənistan arasında saziş...''

Tarix: 24 Sentyabr 2022 00:00

Ümid edirik ki, Ermənistanın təxribatları yeni bir müharibəyə çevirilməz.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın "NTV" kanalına müsahibəsində bildirib.

O qeyd edib ki, indiki vəziyyətə nəzər yetirdikdə məlum olur ki, hər iki tərəfin məsələlərin yenidən danışıqlar yolu ilə həll edilməsi üçün iradəsi var.

"Təməl problem budur ki, 44 günlük müharibədən sonra atəşkəs sazişi imzalandı, amma sülh sazişi yox. İndi bu müzakirələr davam edir. Bu, təbii ki, hərtərəfli bir sazişdir. Artıq iki dövlətin normallaşmaya gedəcək prosesdəki addımları, sərhədləri, sərhədlərin təhlükəsizliyi, dəhlizi, Azərbaycan ərazisində qalan ermənilərin vəziyyətini müəyyən edəcək bir sənəd olacaq. Bu sazişin imzalanması Qafqazda sülh və sabitliyin bərqərar olmasında kritik rol oynayacaq", - deyə o bildirib.

Kalın əlavə edib ki, burada hər hansı ünsürün yanlış istifadəsi yaxın illərdə yenidən müharibəyə yol aça bilər. Eyni zamanda, Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları məsələsi də öz həllini tapmalıdır və imzalanacaq saziş bu məsələni də əhatə edir.


Etiketlər:  Azərbaycanla Ermənistan arasında saziş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ