Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lənkəranda məktəbli itkin düşdü - FOTO

Lənkəranda məktəbli itkin düşdü - FOTO

Tarix: 24 Sentyabr 2022 08:00

Günorta saatlarında dərsdən çıxıb evə gedən məktəbli qız itgin düşüb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu gün günorta saatlarında 11-ci sinif şagirdi dərsdən çıxaraq evə qayıtmayıb.

Hadisə Lənkəran rayonun Zövlə kəndində baş verib. 2006-cı ildə anadan olmuş Şahnaz Elşad qızı Hüseynova səhər evdən çıxaraq məktəbə gedib. Saat 12:30 radələrində məktəbdən çıxan qız evə getməyib. Bir neçə saat keçəndən sonra onun evə qayıtmadığını görən valideynlər axtarışa başlayaraq aidiyyəti üzrə müraciət ediblər.

Hazırda polis və kənd sakinləri tərəfindən axtarışlar davam edir.


Etiketlər:  Lənkəranda məktəbli itkin düşdü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ