Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Skuterlə liftə minməyin qorxunc nəticəsi - VİDEO

Skuterlə liftə minməyin qorxunc nəticəsi - VİDEO

Tarix: 24 Sentyabr 2022 18:08

Sosial şəbəkələrdə Rusiyanın Krasnodar şəhərində baş verən qorxunc hadisənin görüntüləri yayılıb. Belə ki, liftdə skuteri alışan kişi diri-diri yanmaq təhlükəsi ilə üzləşib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, kişi skuterində nasazlıq aşkar edib və onu emalatxanaya təhvil vermək qərarına gəlib. Liftdə olanda isə batareya alışıb. Tüstüyə görə liftin qapıları avtomatik kilidlənib; kişi alovların arasında qalıb.

Sonda o, liftdən çıxa bilsə də, dərisinin 60%-i yanıb. Zərərçəkmiş 3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Liftə də ciddi ziyan dəyib.

Polis hadisə ilə bağlı yoxlamalara başlayıb.

Milli.Az


Etiketlər:  Skuterlə liftə minməyin qorxunc nəticəsi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ