Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2022 22:27
"ABŞ öz qarşısına Asiyanı tabe etmək vəzifəsi qoyub".
Sonxeber.net "Report"a istinadən bildirir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 77-ci sessiyasının ümumi siyasi müzakirəsində deyib.
"Qərb hər yerdə blok qarşıdurması şəklində bölücü xətlər tətbiq edir: "ya bizimlə, ya da bizə qarşı". Üçüncü yol, güzəştlər yoxdur", - Lavrov qeyd edib.
Onun sözlərinə görə, NATO-nun şərqə doğru genişlənməsi, blokun hərbi infrastrukturunun Rusiya sərhədlərinə yaxınlaşması ABŞ-ın strateji planlarını ortaya qoyur.