Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İran İraqa zərbələr endirdi

İran İraqa zərbələr endirdi

Tarix: 24 Sentyabr 2022 23:00

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) İraqın şimalındakı kürd bölgəsinə artilleriya zərbəsi endirib.

Bu barədə İran dövlət televiziyası məlumat yayıb.

Dövlət televiziyası SEPAH-ın İraqın kürdlər yaşayan bölgəsində İran əleyhinə olan qrupları hədəf aldığını bildirib.

Qeyd edək ki, İran hökuməti kürd dissidentləri ölkədə, xüsusən də ölkənin şimal-qərbində 10 milyona qədər kürdün yaşadığı bölgələrdə iğtişaşlar törətməkdə günahlandırıb.


Etiketlər:  İran İraqa zərbələr endirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ