Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiyada məktəblilərə atəş açan şəxs intihar etdi: 17 ölü - YENİLƏNİB - VİDEO

Rusiyada məktəblilərə atəş açan şəxs intihar etdi: 17 ölü - YENİLƏNİB - VİDEO

Tarix: 26 Sentyabr 2022 23:42

23:37

Rusiyanın İjevsk şəhərində orta məktəbdə atışma nəticəsində ölənlərin sayı 17-yə çatıb.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Atışma nəticəsində 11-i uşaq olmaqla 17 nəfər həlak olub, 20 nəfər yaralanıb.

----------

13:24

Rusiyanın İjevsk şəhərində orta məktəbdə atışma nəticəsində ölənlərin sayı 13-ə çatıb.

Milli.Az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Ölənlərdən 7-sının məktəbli olduğu bildirilib. Yaralanan 21 nəfərdən 14-nün də uşaq olduğu bildirilir.

Faciə ilə bağlı Udmurtiyada sentybarın 29-a qədər matəm elan olunub.

---------

12:41

Rusiyanın İjevsk şəhərində yerləşən 88 saylı məktəbdə atışma nəticəsində 10 nəfər ölüb, onlardan beşi məktəblidir.

Yaralanan şagirdlərin sayı 17-ə yüksəlib. Onların bəziləri yuxarı mərtəbələrdən tullanaraq güllələrdən xilas olublar.

Yeddi yaşında olan altı uşağa hazırda təcili yardım göstərilir. Onlardan ikisinin vəziyyəti ağır, dördünün vəziyyəti isə orta-ağırdır. Bunların bəziləri güllə yaraları,  digərləri isə pəncərədən tullanma nəticəsində yaranan sınıqlardır.

Məktəblilərə atəş açan şəxsin intihar etdiyi bildirilir.

--------

12:14

Rusiyanın İjevsk şəhərində orta məktəbdə baş verən silahı atışma nəticəsində 7 nəfər öldürülüb.

Milli.Az bildirir ki, ölənlərin dördü böyük, üçü isə uşaqdır.

Səkkiz şagird müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilib.

Milli.Az


Etiketlər:  Rusiyada məktəblilərə atəş açan şəxs intihar etdi 17 ölü YENİLƏNİB VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ