Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2022 18:06
Rusiya-Ukrayna müharibəsi ilə əlaqədər olaraq Rusiyada qismən səfərbərlik qərarı ölkədən çıxanların sayını artırıb. İndi Moskva-Bakı aviareyslərində bilet tapılmır. Bənzər hal Rusiyanın digər şəhərlərindən Azərbaycana uçan reyslərdə də yaşanır. Ən qəribəsi isə odur ki, oktyabr ayının əvvəlində bir istiqamət üzrə yəni Bakıya gəlmək üçün bilet almaq istəsəniz 5 min manat və ya daha artıq pul ödəməli olacaqsınız.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, Rusiyada qismən səfərbərlik elan olunandan sonra Moskvadan Bakıya aviabiletlər tapılmır.
Rusiyadan Azərbaycana gəlmək istəyənlər bilet tapmaqda çətinlik çəkirlər. Bilet problemi Rusiyanın digər şəhərlərindən Azərbaycana uçan reyslərdə də yaşanır. Bu günlərdə nadir hallarda Moskva-Bakı aviareyslərində satışa yalnız bizness klass sinifinə aid biletlər çıxarılır. Bunların isə qiymətləri bəzi hallarda bir istiqamət üzrə 5 min manatdan baha təklif edilir.
Turizm üzrə ekspert Rəhman Quliyev deyir ki, bilet qıtlığının hələ bir neçə gün davam edəcəyi gözlənilir. Baxmayaraq ki, əvvəlki günlərlə müqayisədə resylərin sayı da azalmayıb.
Rəhman Quliyev deyir ki, AZAL-ın Moskva-Bakı reyslərinə ümumiyyətlə oktyabr ayının 4-ə qədər yer yoxdur. Bu tarixdən sonrakı bir neçə günə isə yalnız biznesklaslarda yer var...
AZAL ilə yanaşı Rusiyadan Azərbaycana uçuş edən digər aviaşirkətlərdə da bənzər hal yaşanır.
Qeyd edək ki, Rusiyadan gün ərzində Azərbaycana 8-12 aviareys həyata keçirilir.