Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Təyyarə uçuş-enmə zolağından çıxaraq gölə düşdü

Təyyarə uçuş-enmə zolağından çıxaraq gölə düşdü

Tarix: 27 Sentyabr 2022 15:34

"West Atlantic" şirkətinin təyyarəsi Fransa hava limanında uçuş-enmə zolağından çıxaraq sürüşərək gölə düşüb.

Milli.Az bildirir ki, bu barədə "Daily Mail" yazır.

Parisin "Şarl de Qoll" hava limanından uçan "Boeing 737" Monpelyedə uğursuz eniş edib - təyyarə eniş-enmə zolağında dayana bilməyib və oradan gölə yuvarlanıb. Təyyarənin burnu su hövzəsinə düşüb.

Qeyd olunur ki, xilasedicilər 3 nəfəri təyyarədən çıxarıb, qəza nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə hava araşdırma qrupunun üzvləri gəlib və araşdırmalara başlanılıb. Hava limanının rəhbərliyi hava limanını qeyri-müəyyən müddətə bağlayıb.

İrfan Vəliyev
Milli.Az


Etiketlər:  Təyyarə uçuş enmə zolağından çıxaraq gölə düşdü


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR