Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

NASA-nın DART missiyası asteroidə çırpıldı - VİDEO

NASA-nın DART missiyası asteroidə çırpıldı - VİDEO

Tarix: 27 Sentyabr 2022 20:20

NASA-nın İkiqat Asteroid Yönləndirmə Testi (Double Asteroid Redirection Test - DART) uğurla sınaqdan keçirilib.

Milli.Az bizim.Media-ya istinadən xəbər verir ki, süni kosmik gəmi bəşəriyyətin ilk planet müdafiə sınağında "Dimorfos" asteroidinə çırpılıb.

Diametri 160 metr olan "Dimorfos" asteroidi Yerdən 6.8 milyon mil (11 milyon km) məsafədə yerləşir və planet üçün təhlükə yaratmır.

Lakin elm adamları potensial asteroid təhlükəsini aradan qaldırmaq üçün süni kosmik gəminin istifadə oluna biləcəyini müşahidə etmək məqsədilə "Dimorfos"u orbitindən yayındırmağa çalışırlar.

NASA-nın Planet Elmləri Bölməsinin direktoru Lori Qleyz bununla bağlı danışıb:

"Biz bəşəriyyətin yeni erasına, potensial olaraq özümüzü təhlükəli asteroid zərbəsindən qoruya biləcəyimiz bir dövrə başlayırıq. Nə heyrətamiz bir şeydir. Bizdə əvvəllər heç vaxt belə qabiliyyət olmayıb".

Bildirilib ki, kosmik gəminin məqsədi, zərbədən əlavə, asteroidin kosmosdakı hərəkətinə təsir göstərməkdi. Lakin DART komandasının üzvləri deyirlər ki, asteroidin orbitinin dəyişib-dəyişmədiyini müəyyən etmək təxminən iki ay çəkəcək.

Qeyd edək ki, DART missiyası 10 ay əvvəl işə başlayıb.

Milli.Az


Etiketlər:  NASA nın DART missiyası asteroidə çırpıldı VİDEO


RƏYLƏR