Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mədəsindən 63 qaşıq çıxdı

Mədəsindən 63 qaşıq çıxdı

Tarix: 30 Sentyabr 2022 10:54

Hindistanda həkimlər xəstənin mədəsindən 63 qaşıq çıxarıblar.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, məlumata görə, kişi şiddətli qarın ağrısı ilə xəstəxanaya yerləşdirilib. Həkimlər əvvəlcə narahatlığın şişdən qaynaqlandığını düşünsələr də, yaxından müayinə etdikdən sonra təəccübləndilər. Məlum olub ki, xəstənin qarın boşluğunda 63 qaşıq olub.

hindistanlı iki saat davam edən təcili əməliyyata alınıb.

"35 illik karyeramda belə hala rast gəlməmişəm", - proseduru həyata keçirən cərrah etiraf edib.

Xəstənin yaxınları onun yerli klinikalardan birində narkomaniyadan müalicə aldığını bildiriblər. Bundan əlavə, həkimlər kişinin psixi problemləri olduğu qənaətinə gəliblər.


Etiketlər:  Mədəsindən qaşıq çıxdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ