Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PSJ Messi ilə müqaviləni uzatmaq istəyir

PSJ Messi ilə müqaviləni uzatmaq istəyir

Tarix: 30 Sentyabr 2022 12:30

Fransanın PSJ komandası futbolçusu Lionel Messi ilə müqaviləni uzatmaq istəyir.

Sonxeber.net report-a istinadən xəbər verir ki, klub argentinalı hücumçuya 1+1 illik sözləşmə təklif etməyi planlaşdırır.

35 yaşlı forvard Paris təmsilçisində qalmağa razılıq versə, onun illik məvacibi 30 milyon avro olacaq.

Daha əvvəl ulduz futbolçunun İspaniya "Barselona"sına qayıda biləcəyi ilə bağlı xəbər yayılıb.

Qeyd edək ki, Lionel Messi PSJ-yə 2021-ci ilin yayında Kataloniya təmsilçisindən keçib. Onun Fransa çempionu ilə müqaviləsi gələn ilin iyununda başa çatacaq.


Etiketlər:  Messi ilə müqaviləni uzatmaq istəyir


RƏYLƏR