Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Sentyabr 2022 21:05
Soyğun zamanı qətlə yetirilən məşhur amerikalı reper və aktyor "PnB Rock"u (Rakim Haşim Allen) öldürməkdə şübhəli bilinən iki nəfər həbs edilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, şübhəlilər qadın və yeniyetmədir.
Bundan başqa, yeniyetmənin hazırda azadlıqda olan atası da cinayətdə ittiham olunur.
Xatırladaq ki, "PnB Rock" Los-Ancelesdə restoranda sevgilisi Stefani Sibunheuanq ilə nahar edərkən qarət edilib və ölümcül yaralanıb. Polisin məlumatına görə, soyğunçunun qurbanı silahla hədələdiyi barədə görüntülər var.
Cinayətkar artistin bütün qızıl-zinət əşyalarını götürərək hadisə yerindən qaçmışdı.
Qeyd edək ki, musiqiçi və bəstəkar kimi də şöhrət qazanan mərhum rep ifaçısının ən populyar mahnısı "Selfish" olub.
Onun iki azyaşlı qızı qalıb.