Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Oktyabr 2022 13:46
Əvvəllər sahə həkimləri vaxtaşırı müayinə üçün ərazilərində yaşayan sakinlərin ünvanlarına baş çəkərdilər. Ancaq indi bu cür xidmətlər müşahidə edilmir. Vətəndaşlar belə deyirlər. Onlar bildirirlər ki, xüsusilə, körpə uşaqları olan ailələrin sahə həkimlərinə daha çox ehtiyacları var.
Bəzi poliklinikalardakı sahə həkimləri isə vətəndaşların bu iddialarını qəbul etmirlər. Bildirirlər ki, qrafik çərçivəsində ailələrəbaş çəkilir. 17 saylı Uşaq poliklinikasının baş həkimi Gülər Paşayevanın sözlərinə görə, müəyyən yaşa kimi azyaşlılarmüayinəsi evdə aparılır.
Baş həkim həmçinin bildirir ki, 3 yaşa kimi uşaqlarda evdə baxış 6 aydan bir aparılır.
Sonxeber.net Xəzər Xəbər-ə istinadən xəbər verir ki, tibb üzrə ekspert Adil Qeybulla isə deyir ki, həkimlərin yenidən evlərə müayinələrə getmələri üçün ailə həkimi institutu yaradılmalıdır.
Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Soltan Məmmədov bildirir ki, hazırda paytaxtda yaşayanların sayı rəsmi qeydiyyatda olanların sayından çoxdur. Bu da həkimlərin evlərə mütəmadi baş çəkmələrində problemlər yaradır.
Soltan Məmmədov həmçinin qeyd edir ki, məsələ ilə bağlı tibb müəssisələri tərəfindən də nəzarət gücləndirilməlidir.