Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Oktyabr 2022 23:34
Türkiyənin Ankara şəhərinin Çankaya səmtindəki bir əyləncə məkanında 3 nəfər mübahisə etdikləri musiqiçi Onur Şeneri tələb etdikləri mahnını bilmədiyi üçün ağır yaralayıb.
Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, musiqiçi aparıldığı xəstəxanada dünyasını dəyişib.
Ankara Təhlükəsizlik Müdirliyi hadisə ilə əlaqədar 3 nəfəri nəzarətə götürüb.
Polis bölməsində şübhəlilərin istintaqının davam etdiyi bildirilib.