Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İstanbulda inflyasiya 3 rəqəmli səviyyəyə çatıb

İstanbulda inflyasiya 3 rəqəmli səviyyəyə çatıb

Tarix: 3 Oktyabr 2022 17:56

İstanbul Ticarət Palatası (İstanbul Ticarət Odası) sentyabr ayı üzrə inflyasiya göstəricilərini açıqlayıb.

İstanbulda istehlak qiymətləri indeksi illik 107,42,%, aylıq isə 6,06% təşkil edib. Eyni zamanda, İstanbulda topdan satış qiymət indeksi aylıq 2,94%, illik isə 98,17% artım göstərib.

Məlumat üçün deyək ki, ötən ay İstanbulda illik inflyasiya 99,91% təşkil edib.

Qeyd edək ki, bu gün Türkiyə Statistika Komitəsi (TÜİK) sentyabr ayında ölkə üzrə inflyasiya göstəricilərini (83,45%) açıqlayıb. Bununla da Türkiyədə 16 aydır ki, ardıcıl olaraq inflyasiyada artım müşahidə olunur.

İnflyasiya indeksi səbətində yer alan 144 əsas mal və xidmətlərdən 2-nin qiyməti dəyişməzkən, 124-ü artım, 18-i isə azalma göstərib.


Etiketlər:  İstanbulda inflyasiya rəqəmli səviyyəyə çatıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ